Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində bərpa tikinti işləri davam etdirilir. Ökə başçısı tərəfindən 2022-ci ilin oktyabrın ayının 4-də təməli qoyulan yaşayış məskənində 3520 metr elektrik xətti, 1400 metr su xətti, 700 metr qaz təchizatı və 3900 metr kanalizasiya şəbəkəsi inşa olunub.
APA xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.
Bildirilib ki, kənddaxili yolların 42 km-dən 11 km-də yol yatağının qazıntı işləri yekunlaşmaq üzrədir.
"Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır", - Leyla Sarabi qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












