Hacıqabulda subasmaya məruz qalan ərazidə 3-ü uşaq olmaqla, ümumilikdə 12 nəfər təxliyə olunub - VİDEO
Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.
Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.
Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.
Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Hacıqabulda subasmaya məruz qalmış bir sıra ərazilər təmizlənib, 11 nəfər təxliyə edilib
Gəncə və Göygöldə fərdi yaşayış evlərinin zirzəmiləri subasmaya məruz qalıb - VİDEO
Naxçıvanda fərdi yaşayış evlərinin zirzəmisini su basıb - VİDEO
Samuxda sel nəticəsində evlərin zirzəmilərini və həyətyanı sahələri su basıb - VİDEO
FHN: Ötən sutka ərzində 58 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













