AMEA: İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Komissiyası yaranan gündən bəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu komissiyanın işində fəal iştirak edir.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
O, Dövlət Komissiyasının xətti ilə fiziki antropologiya sahəsində çalışan gənc mütəxəssislərin böyük təcrübə topladığını, bu fəaliyyətin Azərbaycanda antropologiya elminin inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Fərhad Quliyev rəhbərlik etdiyi qurumun işğaldan azad olunmuş ərazilərdə apardığı arxeoloji, fiziki-antropoloji araşdırmaların qaranlıq qalmış bir çox məsələlərin aşkar edilməsi ilə nəticələndiyini bildirib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru işğaldan azad olunmuş ərazilərdə təkcə vətəndaşlarımıza qarşı törədilən cinayətlərin yox, həm də tarixi abidələrə qarşı törədilmiş kulturasid barədə danışıb və bütün bu cinayətlərin dəlil-sübutlarla qeydə alındığını vurğulayıb.
Oxşar xəbərlər
ICMP baş direktoru: İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir
İCMP itkin düşmüş şəxslərin axtarışı üçün Azərbaycana arxeoloqlar göndərə bilər
AMEA: Azıx mağarasında laboratoroji işlərə başlanılıb
DTX rəisi İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
