Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazanıblar


Azərbaycan aerobika gimnastları Çinin Nankin şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olub. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazanıblar
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
Azərbaycan gimnastları Dünya Oyunlarında üç gümüş medal qazanıblar
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər