İCMP itkin düşmüş şəxslərin axtarışı üçün Azərbaycana arxeoloqlar göndərə bilər
"Azərbaycan itkin düşmüş şəxslərlə bağlı məsələdə məsuliyyəti tam dərk edir".
Sizinxeber.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Proqram Əməliyyatları meneceri xanım Karmen Osorno deyib.
O, təmsil etdiyi təşkilatın saziş əsaslı olduğunu bildirib: “Biz yeganə xarici beynəlxalq təşkilatıq ki, sırf itkin düşmüş şəxslərlə işləyirik. Qırmızı Xaç təşkilatının mandatı daha genişdir. Azərbaycanda Dövlət Komissiyasının fəaliyyəti İCMP-nin fəaliyyətinə tam uyğun gəlir. Hesabatda bir sıra tövsiyələr vermişik. 64-ə yaxın ölkə artıq Konvensiyanı ratifikasiya edib. Eyni zamanda düşünürük ki, itkin düşmüş şəxslərin müəyyənləşdirilməsində Azərbaycanın imkanlarına baxa bilərik, gələcəkdə arxeoloq, antropoloqlarımızı bura göndərə bilərik. Əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbahcanla Ermənistan arasında da əməkdaşlığa nail olmalıyıq. Qərbi Balkanlarda biz buna nail olduq".
Oxşar xəbərlər
170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü istintaqla sübut edilib
Beynəlxalq Komissiya: Minalar itkin düşmüş şəxslərin tapılmasında çətinlik törədir
700-ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165-i ailələrinə təhvil verilib
Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













