Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
sizinxeber.az xəbər saytı

Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir


Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvüdür və davamlı olaraq dağ-mədən sənaye fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.

APA xəbər verir ki, bunu “Environmental protection first” koalisiyasının həmtəsisçisi Sabit Bağırov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bütün dünyada mədən əməliyyatları ətraf mühitə çox əhəmiyyətli mənfi təsirlə müşayiət olunur və bu baxımdan Ermənistan da istisna deyil. Belə ki, Ermənistanda ekoloji təşkilatların və ərazidə yaşayan əhalinin mədən müəssisələrinin fəaliyyətinə dair etirazları zaman-zaman geniş vüsət alır: “Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır. Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir. Eyni zamanda, Ermənistanın mədən şirkətlərinin yerləşdiyi ərazilər Qarabağla sərhədə yaxındır. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərinə qayıdır, əhalinin sağlam ətraf mühitdə yaşaması üçün isə Ermənistan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.

Oxşar xəbərlər

“Environmental protection first”: Ermənistan Orxus və Espo konvensiyalarının tələblərini pozmağa davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Environmental protection first": Ermənistan bir sıra konvensiyaların tələblərini ciddi şəkildə pozmaqda davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorda mədən yaxınlığında toqquşma nəticəsində 5 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər