Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu barədə Sizinxeber.az-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Köç karvanı Ağdamın Sarıcalı kəndinə çatıb, 39 ailəyə evlərinin açarları təqdim edilib - FOTO
Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - VİDEO
Növbəti köç karvanı Cəbrayıla çatıb, ailələrə mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













