FHN-in Sumqayıt Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir - FOTOLENT
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, bu çərçivədə, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
Oxşar xəbərlər
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib
FHN davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
