Səhiyyə Nazirliyi: 362 nəfər könüllü qan verib, 162,9 litr qan tədarük olunub
Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 5 iyul 2025-ci il tarixində səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.
Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.
Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.
Oxşar xəbərlər
Direktor: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib
Şuşadakı Yuxarı Gövhərağa və Ağdamın Cümə məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Allahşükür Paşazadə qan verib - FOTO
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












