İrandan təxliyə olunan rusiyalı incəsənət xadimləri Astara sərhədindən keçib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İrandan təxliyə olunan rusiyalı incəsənət xadimləri Astara sərhədindən keçib - FOTO - YENİLƏNİB


İrandan təxliyə olunan xaricilərdən Rusiya Federasiyası vətəndaşları Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib.

Sizinxeber.az-nın cənub bürosu xəbər verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən Rusiya Federasiyası vətəndaşları Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Onlar 2 ay bundan əvvəl İran İslam Respublikasına film çəkmək üçün keçən Rusiya incəsənət xadimləridir. Truppa 90 nəfərdən ibarətdir. Səmimi söhbət zamanı baş verən məlum hadisələrdən çox narahat və yorğun olduqlarını bildiriblər. Azərbaycan ərazisində artıq özlərini rahat və xoşbəxt hiss etdiklərini deyiblər. Bildiriblər ki, film çəkilişləri demək olar yekunlaşmaq üzrə idi. Təqribən 4-5 gün qalmışdı. "Çətin olacaq, amma Moskvaya qayıdandan sonra, eyni səhnəni orda yaratmalıyıq və filmi yekunlaşdırmalıyıq. Azərbaycan Dövlətinə öz təşəkkürümüzü bildiririk".

10:53

Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 90 nəfər heyəti quru yolla İrandan Azərbaycana gəlib.

Sizinxeber.az-nın cənub bürosu xəbər verir ki, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, Azərbaycan onların İran İslam Respublikasından təxliyələrinin həyata keçirilməsinə dəstək göstərib.

Oxşar xəbərlər

İrandan təxliyə olunan xaricilərdən altı Qazaxıstan vətəndaşı Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib - YENİLƏNİB
İrandan təxliyə olunan xaricilərdən altı Qazaxıstan vətəndaşı Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib - VİDEO - YENİLƏNİB
Azərbaycan bəzi xarici vətəndaşların İrandan təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsində lazımı şərait yaradıb
İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
Rusiyalı incəsənət adamları quru yolla İrandan Azərbaycana gətirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər