İrandan təxliyə olunan xaricilərdən altı Qazaxıstan vətəndaşı Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İrandan təxliyə olunan xaricilərdən altı Qazaxıstan vətəndaşı Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib - YENİLƏNİB


İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən şəxslərdən 6 nəfər Qazaxıstan vətəndaşı artıq Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

APA-nın müxbiri xəbər verir ki, qonaqlar onlar üçün hazırlanan çay süfrəsindən şirniyyat dadıb müvafiq pasport qeydiyyatından keçiblər.

Onlar Azərbaycana öz təşəkkürlərini bildiriblər.

***

00:14

Bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

APA-nın cənub bürosu xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımı şərait yaradıb.

Təxliyə olunacaq şəxslər üçün çay süfrəsi hazırlanıb. Səhhətində problem yarana biləcək şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Təxliyə olnacaq şəxslərin daşınması üçün avtobuslar da ayrılıb.

Oxşar xəbərlər

Azərbaycan bəzi xarici vətəndaşların İrandan təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsində lazımı şərait yaradıb
İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
Türkiyə Livandan vətəndaşlarını təxliyə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər