İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib


Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük qatarının platforma və vaqonlarına Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı vaqonlardan birində gömrük nəzarətindən gizlədilən 3 kq 860 qr narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda İrandan Bolqarıstana yük aparan maşında 7 kq narkotik tapılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana uçuş aparatı ilə narkotik keçirməyə cəhd olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər