Kənan Əkpərov: Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var
sizinxeber.az xəbər saytı

Kənan Əkpərov: Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var


Hazırda Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiya və sosial müavinət alan vətəndaş var.

"Report" xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Bakıda keçirilən "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkədə ən yaşlı pensiyaçı Lənkəranda yaşayan 135 yaşlı qadındır.

K.Əkpərov gələcək hədəflərdən də bəhs edib: 

"2025-2027-ci illərdə əsas hədəf data əsaslı proqramlardan istifadə və süni intellekt əsaslı həllərin yaradılması kimi işlərin həyata keçirilməsidir. Biz artıq 90 faizdən yuxarı elektronlaşmaya nail olmuşuq".

Oxşar xəbərlər

Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilir
Baş katib: Sosial təminat sistemləri bir çox çətinliklərlə üzləşirlər
Zəka Mirzəyev: Bakıda keçirilən beynəlxalq konfrans olduqca əlverişli bir platformadır
Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
İƏT Əmək Mərkəzinin rəhbəri: Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər