İƏT Əmək Mərkəzinin rəhbəri: Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalıdır
Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalı, yeni sistemlərin yaradılması hədəflənməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu İslam ƏməkdaşIıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baș direktoru Azər Bayramov mayın 29-da Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sosial müdafiə insan kapitalının əsasını təşkil edən amildir:
"Sosial müdafiə təhsilə və bacarıqların inkişafına təsir edir, bərabərsizliyi azaldır. Sağlam əhali, inkişaf edən işçi qrupunun onurğa sütununu təşkil edir".
A.Bayramov bildirib ki, sosial müdafiə təkcə insanın müdafiəsi deyil:
"Sosial müdafiə, ilk növbədə, təhsilə və sosial bacarıqların inkişafına kömək edir. Nağd pul köçürmələri, sığorta kimi sistemlər olmadığı halda istedadlar da inkişaf edə bilmir".
Oxşar xəbərlər
Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilir
Baş katib: Sosial təminat sistemləri bir çox çətinliklərlə üzləşirlər
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
İƏT üzv ölkələrdə "yaşıl iş yerləri"nin yaradılmasını dəstəkləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
