Nazir müavini: Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk
Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Bizdə bina strukturları SSRİ texnologiyalarından qalıb, izolyasiyasızlıq var. İzolyasiyasızlıq nəticəsində çox ciddi enerji itiririk: “Bizim COP-da əsas müzakirəmiz bundan ibarət idi ki, necə edək ki, həm səmərəliliyə nail olaq, həm tullantıları azaldaq, həm də iqtisadiyyata zərər vurmayaq. Azərbaycan adambaşına düşən dekarbonaziyasiya görə Avropa ilə eyni səviyyədədir, Avropadan səmərəliliyə görə geri qalırıq. Biz Qarabağda binaların xüsusi rejimlə isidilməsinə nail olmaqla tikilməsinə çalışırıq. İqlim dəyişmələri nöqteyi-nəzərindən mövqeyimiz inkişaf etmiş ölkələrdən fərqlidir. Bizim kimi ölkələr iqtisadi rentabelli hissəyə qədər bir sıra işləri həyata keçirməlidir. Çünki bizim kimi ölkələr zərər vermir”, - deyə nazir müavini bildirib.
Oxşar xəbərlər
Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












