Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir"
Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənaət ediləcək.
“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bu həcm "Abşeron" qaz yatağından hasil edilən qaza bərabərdir: "Bu, həm əhali, həm də dövlət üçün müsbət xəbərdir. Əhali daha ucuz enerji əldə edə biləcək, dövlət isə qənaət olunan qazı digər sahələrə yönləndirə biləcək".
Deputat Sadiq Qurbanov vurğulayıb ki, Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi enerji effektivliyi sahəsində böyük potensiala malikdir.
"Ölkədə enerji istehlakının idarə edilməsi və qənaətcil texnologiyaların tətbiqi sahəsində hələ də təkmilləşdirilməli olan məsələlər var", - deputat deyib.
Oxşar xəbərlər
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Elnur Soltanov: “Təmiz enerji” ilə yemək hazırlanması həssas təbəqələri qoruyacaq”
Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
