Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik
Azərbaycan 2030-cu ilə qədər 1,5 milyard kub metr qaza qənaət edəcək.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirə”də energetika nazirinin müavini Elnur Soltanov deyib.
Nazir müavini bildirib ki, enerji səmərəliliyi ən əhəmiyyətli enerji mənbəyi sayılır: “Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənaət ediləcək. Bu həcm "Abşeron" qaz yatağından hasil edilən qaza bərabərdir. Bu, həm əhali, həm də dövlət üçün müsbət xəbərdir. Əhali daha ucuz enerji əldə edə biləcək, dövlət isə qənaət olunan qazı digər sahələrə yönləndirə biləcək".
Elnur Soltanov qeyd edib ki, təbii qazın ixracından da çəkinmirik: “Çünki təbii qaz dekarbonaziya enerji növü kimi gündəmdədir. Biz qaz ixracı ilə Türkiyə kimi Avropa İttifaqında olan bir çox ölkənin də dekarbonazisasiya hədəflərinə nail olmasına çalışırıq”.
Oxşar xəbərlər
Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir"
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Nazir müavini: Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk
SOCAR-ın Etilen-polietilen zavodunda təbii qaza qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
