Əhali üçün elektrik enerjisinin yeni tarifləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

Əhali üçün elektrik enerjisinin yeni tarifləri müəyyənləşib


Elektrik enerjisinin ölkədaxili tarifləri dəyişib.

APA xəbər verir ki, bu barədə Tarif Şurası qərar verib.

Qərara əsasən, əhali üzrə aylıq istehlak həcmi:
- 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
- 65% abonent üzrə - 45 qəpik,
- 20% abonent üzrə - 1 manat 33 qəpik,
- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.

Oxşar xəbərlər

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qaz limitinin ləğvi təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik enerjisinin ölkədaxili tarifləri tənzimlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər