Qlobal neft hasilatının artım tempi 2024-2025-ci illərdə sürətlənəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,62 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,12 mln. barel çoxdur.
Bundan başqa, EIA gələn il qlobal gündəlik neft hasilatının 104,66 mln. barel səviyyəsində olacağını ehtimal edir, bu da öncəki proqnoz göstəricidən 0,12 mln. barel çoxdur.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,2 mln. barel olub.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. Barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.
Oxşar xəbərlər
Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












