Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb


Cari ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 043,1mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,1%-lik artım müşahidə olunub.

Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 397,3 mln. manat təşkil edib, bu da illik müqayisədə 8,8% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.

Oxşar xəbərlər

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər cüzi azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda sənaye istehsalı 11% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər