Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər cüzi azalıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 794,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,3%-lik azalma müşahidə olunub.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 341,7 mln. manat təşkil edib, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.
2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
Bakıda sənaye istehsalı 11% azalıb
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Azərbaycanda yaşıl enerjinin istehsalı kəskin artıb
Azərbaycanda bu il 2500-dən çox minik avtomobili istehsal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













