“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “MyGroup Holdinq” MMC olub.
“APA-Economics” xəbər verir ki, “SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən “MyNumber” şirkətinin rəsmi saytına inteqrasiya edilib. İnteqrasiya sayəsində “mynumber.az” saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA İmza” sahibi olan hər kəs “mynumber.az” saytının yuxarı sağ küncündə yerləşdirilən SİMA bölməsinə klikləyib QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və vətəndaşın adına rəsmiləşdirmək mümkündür.
Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə, mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək müqavilələrinin onlayn imzalanmasının SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir! [xfgiven_updateblue][/xfgiven_updateblue]
SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












