“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “MyGroup Holdinq” MMC olub.
“SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən “MyNumber” şirkətinin ına inteqrasiya edilib. İnteqrasiya sayəsində “mynumber.az” saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA İmza” sahibi olan hər kəs “mynumber.az” saytının yuxarı sağ küncündə yerləşdirilən SİMA bölməsinə klikləyib QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və vətəndaşın adına rəsmiləşdirmək mümkündür.
“SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə, mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
