Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Nazirlər Görüşü keçirilib
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü keçirilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlles, Bolqarıstanı energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen, Birgə Müəssisə -“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), ölkələrin ötürücü sistem operatorları və “CESI” şirkəti iştirak edib.
Məlumata görə, iclasda ötən ay Macarıstanda keçirilmiş görüşdən sonra Bolqarıstanın layihəyə qoşulması, dəhlizin fiber-optik komponenti və Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi məqsədilə müvafiq müraciətin hazırlanması istiqamətində irəliləyişlər nəzərdən keçirilib. Avropa İttifaqının (Aİ) maliyyələşmə alətlərindən istifadə imkanları müzakirə edilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company) üçün layihənin mərhələli inkişafını əks etdirən “Yol Xəritəsi”nin hazırlanması müsbət addımlardan biri kimi qeyd olunub. Texniki-iqtisadi əsaslandırmanın bu ilin ortalarında yekunlaşdırılmasının vacibliyi qeyd olunub.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb və ötən dövr ərzində həmin saziş çərçivəsində 10 Rəhbər Komitə/Nazirlər Görüşü keçirilib.
Oxşar xəbərlər
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












