Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır
Avropa İttifaqı Azərbaycanın enerji sahəsində, xüsusilə də təbii qaz və bərpa olunan enerji üzrə etibarlı tərəfdaş olduğunu bir daha vurğulayır.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyanın Enerji Platforması işçi qrupu və beynəlxalq əlaqələr üzrə baş direktoru Kristina Lobillo Borrero deyib.
“Burada – Azərbaycanda – etibarlı tərəfdaşlara dair çox aydın bir nümunə verirəm. Bizim Azərbaycanla qaz sahəsində çox güclü tərəfdaşlığımız var. Amma bu yalnız qazla məhdudlaşmır – bərpa olunan enerji sahəsində də sıx əməkdaşlıq edirik,” – deyə o bildirib.
Rəsminin sözlərinə görə, Avropa İttifaqı enerji təhlükəsizliyini prioritet istiqamət kimi müəyyənləşdirib və Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə alternativ və dayanıqlı tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Bu kontekstdə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Aİ rəsmisi əlavə edib ki, qurum artıq Rusiyadan qaz idxalını 155 milyard kubmetrdən 33 milyard kubmetrə endirib və bu boşluğu bərpa olunan enerji və digər etibarlı mənbələrlə doldurmağa çalışır.
“Avropa İttifaqı hazırda 2030, 2040 və 2050-ci illər üçün iqlim neytrallığı hədəflərini hüquqi çərçivəyə salmaq və sənaye rəqabətliliyini qoruyaraq sərfəli enerji təminatını genişləndirmək istiqamətində işləyir” - o əlavə edib.
Oxşar xəbərlər
Portuqaliyalı nazir: Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlıq istəyindən məlumatlıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












