Pərviz Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (ABII) “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırılmasının (TİƏ) hazırlanması üçün 2 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında məlumat verib.
O xatırladıb ki, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə dair saziş 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanıb. “Bu gün bu layihənin TİƏ üçün maliyyə ayrılması barədə qərar qəbul edilib. Üç ölkə ADB və ABII ilə 2 milyon ABŞ dolları həcmində texniki yardım ayrılması haqqında saziş imzalayıb”, - nazir deyib.
P. Şahbazov əlavə edib ki, bu gün həm də yeni enerji dəhlizinin - “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”ın reallaşdırılmasının əsası qoyulub, adıçəkilən ölkələrin energetika nazirləri bununla bağlı memorandum imzalayıblar.
“Azərbaycan hazırda bir sıra “yaşıl enerji” təşəbbüslərini, o cümlədən “Xəzər dənizi-Qara dəniz-Avropa” (Macarıstan) “yaşıl enerji” dəhlizi layihəsini həyata keçirir. Qeyd etmək istərdim ki, bütün bu “yaşıl enerji” dəhlizi layihələrinin bir-biri ilə rəqabət apara biləcəyi ilə bağlı mümkün fərziyyələr doğru deyil. Azərbaycanın bu layihələri həyata keçirmək üçün kifayət qədər resursları var”, - o söyləyib.
Oxşar xəbərlər
Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var
Azərbaycan Mərkəzi Asiya ilə ilk transxəzər enerji dəhlizini reallaşdıracaq
Pərviz Şahbazov: "Azərbaycan meqa təşəbbüslərin həyata keçirilməsinə başlayır"
ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













