Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb


2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib.

Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49% və ya 203.1 kq çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1961 manat təşkil edib.

Xatırladaq ki, bu ilin 8 ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 510 manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib
Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib
Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər