Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6.8% artaraq 6 576 ton, dəyər baxımından isə 2.3% artaraq 33.5 milyon ABŞ dolları təşkil edib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3% artaraq 344.61 ton, dəyər baxımından isə 3.5% artaraq 3 milyon 122 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19.1 dəfə üstələyib.
Qeyd edək ki, bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.7 manat, orta ixrac qiyməti isə 15.4 manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,38%-ni təşkil edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
