02
dek
2024
14:50

yuxarı
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib

Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həm də rəqəmsal inkişaf və süni intellekt sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.