Təkmilləşdiriləcək və bərpa olunacaq dəmiryolu xətləri açıqlanıb
Bakı-Xırdalan-Sumqayıt xətti 2025-2027-ci illərdə təkmilləşdiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026−2028-ci illərdə Bakıxanov−Binə−Qala xəttinin, 2028-2030-cu illərdə Zabrat−Maştağa−Bağlar xəttinin, 2026-2027-ci illərdə Yeni Suraxanı−Hövsan xəttinin, 2027−2029 Güzdək−Qaradağ xəttinin bərpası təmimn olunmalıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu işlərin icrasını Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Azərbaycan Dəmir Yolları” QSC və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birgə təmin etməlidir.
Oxşar xəbərlər
Bilgəh−Novxanı−Xırdalan yolu çəkiləcək
Xırdalan şəhərinə yeni yollar çəkiləcək
H.Z. Tağıyev−Salyan avtomagistralı tikiləcək
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndiriləcək
Elektrik mühərrikli 1000-dək avtobus alınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













