Azərbaycanın ilk yerli boya markası “Sobsan” 25 illik yubileyini möhtəşəm qala gecəsi ilə qeyd edib - FOTO
- 16-12-2024, 15:50
- İqtisadiyyat / Sahibkarlıq
- 0
- 830
25 il əvvəl 1999-cu ildə Qafqazın və Müstəqil Azərbaycanın ilk yerli boya markası olan “Sobsan” istehsal həyatına qədəm qoydu və bu illər ərzində yüksək keyfiyyət, innovativ məhsul seçimi imkanları və müştəri məmnuniyyətinə əsaslanan yanaşması ilə boya sənayesinin güvənilən markasına çevrildi.
14 Dekabr tarixində Four Seasons oteldə markanın 25 illik fəaliyyətinə həsr olunmuş qala gecəsi təntənəli şəkildə qeyd olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Gecədə bir sıra dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, xarici qonaqlar, partnyor şirkətlərin təmsilçiləri, media nümayəndələri və tanınmış incəsənət adamları iştirak etdi.
Tədbirdə çıxış edən şirkətin həmtəsisçisi Zöhrab Səbzəliyev açılış nitqi ilə qonaqları salamladı və “Sobsan”ın 25 illik yubileyində təkcə keçmiş uğurlarından deyil, həm də gələcək hədəf və perspektivlərindən bəhs edərək yerli bazarla yanaşı beynəlxalq bazarda da öz mövqeyini daha çox gücləndirmək əzmində olduğunu vurğuladı. 15 ölkəyə olan uğurlu ixrac fəaliyyətindən söz açdı.
Daha sonra “Sobsan”ın 25 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi oldu. Bir sıra qonaqlar - “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli, “Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı, “Sobsan Boya”nın Özbəkistan Respublikası üzrə partnyoru Timur Mirpoladov və başqaları yubiley münasibətilə təbrik çıxışları edib. Gecə məşhur incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə daha da rəngarəng və unudulmaz oldu.
Sobsan - Dünya Boyandıqca Gözəldir!


width="220" alt="FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />