

FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar və FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin əməkdaşları iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edənlər diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirdi və bir yumruq kimi birləşərək böyük Zəfər qazandı.
Bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandana borclu olduğumuzu söyləyən natiqlər bildiriblər ki, qəhrəman Vətən övladlarının qanı və canı bahasına başa gəlmiş bu möhtəşəm Zəfərlə Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Çıxış edənlər, həmçinin vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər cənab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi parlaq sərkərdəlik zəkasının və müdrik dövlət başçısı kimi peşəkar idarəçilik qabiliyyətinin, eyni zamanda Rəşadətli Azərbaycan Ordusunun yenilməz qüdrətinin əyani sübutu idi.
Vətən müharibəsinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayan natiqlər qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Sonda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Oxşar xəbərlər
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Gəncədə Anım Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
