Mikayıl Cabbarov: Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - VİDEO
"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi zamanı bildirib.
Onun sözlərinə görə, bu gün baş tutan mərasim birgə əməkdaşlıq nəticəsində hansı işlərin baş tuta biləcəyinin əyani göstəricisidir.
Nazirin onu da qeyd edib ki, Suriya bu gün normallaşma prosesinin başlanğıcını qoyur: "Çox qısa müddətdə bu prosesin reallaşması üçün böyük işlər görüldü. Bu hadisənin reallaşması birgə səylərin nəticəsidir. Bu layihənin icrası Türkiyənin dəstəyi olmadan baş tuta bilməzdi. Qardaş ölkə olaraq Suriyanın inkişafına və bərpasına birgə dəstək göstəririk. Bu, birgə əməkdaşlığın nəticəsində mümkün olub", - Mikayıl Cabbarov vurğulayıb.
Oxşar xəbərlər
Türkiyə-Suriya qaz kəmərinin açılış mərasiminə hazırlıqlar görülür - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - Azərbaycan qazının Suriyaya ixracına başlanılır - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qazı avqustun 1-dən Suriyaya nəql olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək – Kilisdə rəsmi mərasim keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












