Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
"Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7 % iqtisadi artım müşahidə edilib", - deyə o qeyd edib.
"Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayənin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatlar mühüm rol oynayıb", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Son 5 ildə özəl qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 79 % artıb"
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını artırıb
"Fitch": "Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













