“Avromed Company” 1 İyun münasibətilə Milli Hematologiya Mərkəzi və Talassemiya Bölməsində uşaqları ziyarət edib
Ölkənin aparıcı əczaçılıq şirkətlərindən biri olan “Avromed Company” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti sosial təşəbbüsünü həyata keçirib. Şirkətin nümayəndələri bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsini ziyarət edərək burada müalicə alan uşaqlarla görüşüblər.
Ziyarətin əsas məqsədi uzunmüddətli müalicə prosesi keçən uşaqlara mənəvi dəstək göstərmək, onların bayram sevincini bölüşmək və diqqətə ehtiyac duyduqları bir gündə yanlarında olmaq olub. “Avromed Company” MMC-nin nümayəndələri uşaqların səhhəti və müalicə prosesi ilə maraqlanaraq onlara sağlamlıq, xoşbəxt gələcək və uğurlu həyat arzulayıblar.
Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış bayram hədiyyələri təqdim olunub. Yaş qrupları və maraq dairələri nəzərə alınaraq seçilmiş hədiyyələr balacaların böyük sevincinə səbəb olub. Uşaqların səmimi təbəssümü və xoş emosiyaları tədbirə xüsusi rəng qataraq bayram ab-havasını daha da gücləndirib.
Müalicə aldıqları müddətdə uşaqların sosial və mənəvi dəstəyə ehtiyacının vacibliyini vurğulayan tibb müəssisələrinin əməkdaşları və valideynlər göstərilən diqqətə görə “Avromed Company” MMC-yə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, bu kimi təşəbbüslər uşaqların psixoloji vəziyyətinə müsbət təsir göstərir, onların müalicə prosesinə motivasiyasını artırır və cəmiyyətin dəstəyini hiss etmələrinə imkan yaradır.
“Avromed Company” MMC üçün korporativ sosial məsuliyyət fəaliyyəti biznes strategiyasının ayrılmaz hissəsidir. Şirkət uşaqların sağlamlığını və rifahını cəmiyyətin ümumi məsuliyyəti kimi qiymətləndirir, xüsusilə həssas qruplara aid olan uşaqların sosial müdafiəsi və dəstəklənməsinə yönəlmiş layihələrə xüsusi önəm verir.
Qeyd edək ki, “Avromed Company” MMC bundan sonra da uşaqların rifahına, səhiyyə sahəsinin inkişafına və cəmiyyətin həssas qruplarına dəstək göstərən sosial layihələrin həyata keçirilməsini davam etdirəcək.
“Avromed Company” MMC haqqında
2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanın əczaçılıq sektorunda aparıcı distribüter şirkətlərindən biridir. Şirkət dünyanın 40-dan artıq ölkəsindən 200-dən çox tərəfdaşla əməkdaşlıq edir, ölkə üzrə aptek, klinika və xəstəxanaların keyfiyyətli dərman vasitələri və sağlamlıq məhsulları ilə təmin olunmasına töhfə verir. Müasir logistika infrastrukturu, peşəkar komandası və yüksək xidmət standartları ilə “Avromed Company” MMC ölkənin səhiyyə sisteminin etibarlı tərəfdaşlarından biri kimi tanınır.
Oxşar xəbərlər
Talassemiya Mərkəzi ilə bağlı iddialara aydınlıq gətirilib
Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır
Milli Hematologiya və Transfuziologiya Mərkəzində analiz cavabları onlayn təqdim olunacaq
“Azərsun Holdinq” uşaqlar günü münasibətilə silsilə tədbirlər keçirib
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
