Azərbaycan Ukrayna ilə enerji təhlükəsizliyini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Ukrayna ilə enerji təhlükəsizliyini müzakirə edib


Azərbaycan və Ukrayna arasında enerji təhlükəsizliyi məsələləri, enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzunillik tarixə malik olduğu vurğulanıb. Birgə Hökumətlərarası Komissiyanın enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı genişləndirdiyi bildirilib.

Görüş zamanı humanitar əməkdaşlıq və Azərbaycanın Ukraynaya göstərdiyi dəstək də yüksək qiymətləndirilib. Ukrayna tərəfi xüsusilə humanitar yardımların və enerji sektorunda göstərilən dəstəyin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə potensial istiqamətlər üzrə işçi qrupların yaradılması məqsədəuyğun hesab edilib.

Oxşar xəbərlər

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Denis Şmıqal Ukraynanın enerji dayanıqlığına verdiyi xüsusi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib
Andrey Sibiqa Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər