CECECO və IRENA arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Enerji Forumu 2026 çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
"APA-Economics" xəbər verir ki, memorandumu IRENA-nın baş direktoru Françesko La Kamera və CECECO-nun icraçı direktoru Aysel Yaqubova imzalayıblar.
Sənəd tərəflər arasında təmiz enerji və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq üçün çərçivə yaradır. Memoranduma əsasən, tərəflər enerji keçidi məqsədlərinə uyğun enerji infrastrukturunun gücləndirilməsi, yaşıl sənayeləşmənin təşviqi, potensialın artırılması proqramlarının hazırlanması və həyata keçirilməsi, eləcə də bərpa olunan enerji sahəsində siyasət, institusional və tənzimləyici çərçivələr üzrə bilik və təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Memorandum həmçinin təmiz enerji, yaşıl sənaye və enerji bağlantıları sahələrində birgə tədqiqatların və regional qiymətləndirmələrin hazırlanmasını, investisiyaların və maliyyə imkanlarının təşviqini, eləcə də qarşılıqlı maraq doğuran tədbirlərin birgə təşkilini nəzərdə tutur.
Oxşar xəbərlər
Bakıda “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq" mövzusunda tədbir təşkil edilib
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan və Keniya energetika sahəsində sənəd imzalayıb
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
