Katz: “Hizbullah” hücum edərsə, ABŞ İsrailin Beyruta zərbə endirməsini dəstəkləyəcək
sizinxeber.az xəbər saytı

Katz: “Hizbullah” hücum edərsə, ABŞ İsrailin Beyruta zərbə endirməsini dəstəkləyəcək


ABŞ İsrailin Beyrutun Dahiyə bölgəsinə potensial hücumlarına “yaşıl işıq” yandırıb.

“Al Arabiyya” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Onun sözlərinə görə, “Hizbullah” İsrailin şimalına hücum edəcəyi təqdirdə, IDF Beyrutun Dahiyə bölgəsini hədəf alacaq, bu, rəsmi Vaşinqtonla razılaşdırılıb.

“Baş nazirlə (Netanyahu) mən yeni tənliyin qurulması üzrə koordinasiya qurduq. Əgər İsrail şəhərlərinə hücumlar davam etsə, biz Beyrutun şiə Dahiyə bölgəsini - “Hizbullah”ın yuvasını təxliyə edəcək və oranı hədəf alacağıq”, - Katz vurğulayıb.

Nazir qeyd edib ki, bu məsələ ABŞ-la razılaşdırılıb və Livan hökumətinə, eləcə də digər əlaqəli aktorlara da çatdırılıb.

“Ya İsrail icmalarına atəş dayanacaq, ya da biz Dahiyəni vuracağıq. Vəziyyət bu cür olacaq”, - Katz əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və “Hizbullah”ın qarşılıqlı olaraq hücumları dayandırmağa razılaşdığını elan edib.

Oxşar xəbərlər

Netanyahu İsrail ordusuna Beyrutun cənubundakı hədəflərə hücum əmri verib
Katz: Hizbullaha qarşı əməliyyatlar davam edəcək
İsrail müdafiə naziri Hizbullah liderinə xəbərdarlıq edib
Baş nazir: İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq
İsrailin müdafiə naziri ABŞ-yə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər