Bakıda “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq" mövzusunda tədbir təşkil edilib
sizinxeber.az xəbər saytı

Bakıda “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq" mövzusunda tədbir təşkil edilib


Bakı Enerji Həftəsi 2026 çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq: dayanıqlı gələcək naminə həllərin genişləndirilməsi” mövzusunda tədbir təşkil olunub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, sessiyada təmiz enerji sahəsində innovasiyaların effektiv şəkildə genişləndirilməsi üçün əlverişli ekosistemlərin, maliyyə mexanizmlərinin və regional əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb.

Bu xüsusda daha güclü regional əməkdaşlıq, dəstəkləyici siyasət və maliyyə resurslarına çıxış imkanlarının artırılması ətrafında müzakirələr aparılıb.

Sessiyada açılış nitqi ilə çıxış edən CECECO-nun icraçı direktoru Aysel Yaqubova təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsinin əlverişli siyasi mühit, maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb etdiyini vurğulayıb. O qeyd edib ki, bu sessiya aidiyyəti tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və regionda yaşıl enerjiyə keçid prosesini dəstəkləmək məqsədilə səylərin müzakirə edilməsinə xidmət edəcək.

Sessiyada Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera təmiz enerji innovasiyaları, investisiya ehtiyacları və yeni texnologiyalar üzrə qlobal perspektivləri bölüşüb. Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov isə ölkənin təmiz enerji sektoruna dair strateji baxışını, bərpa olunan enerji mənbələrinin inkişafı və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

ADA Universitetininh prorektoru, Milli Məclisin üzvü Fariz İsmayılzadənin moderatorluğu ilə aparılan panel müzakirələrində innovasiyaların konkret və investisiya baxımından cəlbedici layihələrə çevrilməsi yollarını araşdıran panel müzakirəsi keçirilib. Pakistan İslam Repsulbikası, “SOCAR Green”, “bp Azerbaijan”, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Asiya İnkişaf Bankının nümayəndələri təmsil etdikləri ölkə və qurumların bu sahədə təcrübələrini, həyata keçirilən uğurlu layihələri və meydana çıxan çətinliklərə tətbiq olunan innovativ həll yollarını bölüşüblər. Sessiya auditoriyanın suallarının cavablandırılması, qarşılıqlı müzakirələr və moderatorun yekun nitqi ilə başa çatıb.

Oxşar xəbərlər

CECECO və IRENA arasında Anlaşma Memorandumu imzalanıb
İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək
Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib
Rəis müavini: Təmiz Enerji Mərkəzi BMT Sənaye İnkişafı Təşkilatının bir hissəsi olacaq
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər