Talassemiya Mərkəzi ilə bağlı iddialara aydınlıq gətirilib
Talassemiya Mərkəzi (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə aydınlıq gətirilib.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən şəxslər şəraitlə bağlı iddialarını əvvəllər də səsləndirib. Narahatlıqlarla bağlı aparılan yoxlamalar zamanı qeyd olunan iddialar təsdiqini tapmayıb.
“Mərkəzimizdə müalicə alan vətəndaşlarımızın sağlamlığı və rahatlığı bizim üçün əsas prioritetdir. Bütün xəstələr üçün zəruri tibbi xidmətlər, keyfiyyətli preparatlar və müvafiq gigiyenik şərait təmin edilir. Preparatların keyfiyyəti və saxlanma şərtləri daim diqqətlə nəzarət altında saxlanılır. Hər bir xəstəmizə fərdi yanaşma tətbiq olunur, onların müalicə prosesi peşəkar tibb personalı tərəfindən qayğı ilə idarə edilir.
Bununla belə, vətəndaşlarımızın rəy və təklifləri diqqətlə dinləyirik. Mərkəzimiz hər zaman müraciət edən şəxslərlə açıq dialoqa hazırdır. Xidmətlərimizin keyfiyyətini daha da artırmağa yönəldilmiş obyektiv təkliflər diqqətlə dinlənilir və nəzərə alınır”, – deyə Mərkəzdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Talassemiya Mərkəzi ilə bağlı çoxsaylı şikayətlər mövcuddur. Vətəndaşlar xəstəxanada qan tapmaqda çətinlik çəkdiyini, həkimlərin pasiyentlərə qarşı laqeyd davrandığını, USM müayinələrinin düzgün aparılmadığını və eyni zamanda düzgün müalicə olunmadıqlarını qeyd edirlər.
Oxşar xəbərlər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində analiz cavabları onlayn təqdim olunacaq
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - FOTO
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
Sosial şəbəkədə estetik əməliyyatla bağlı yayılan görüntülərə aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












