Azərbaycan startapları “Global Startup Showcase” səhnəsinə çıxıb
Mayın 19 - 21-i tarixlərində Kaliforniyanın Sunniveyl şəhərində, “Plug and Play” şirkətinin baş ofisində “Silicon Valley May Summit 2026” tədbiri keçirilib.
Bu barədə "Sizinxeber.az-Economics"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Üç gün davam edən tədbir bu il 17 fərqli sənaye proqramı üzrə 300-dən çox startapı, 4 000-dən çox iştirakçını, korporativ tərəfdaşları və investorları bir araya gətirib. Builki tədbirin gündəliyində mərkəzi mövzular süni intellekt, fintex, “dərin” texnologiyalar, kibertəhlükəsizlik, mobillik, sənaye təchizatı və yarımkeçirici həlləri olub.
Mayın 20-də keçirilən “Global Startup Showcase” səhnəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Plug and Play” innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən “GOAL” proqramının qalibi olan Azərbaycan startapları da çıxış edib.
“GOAL” proqramı çərçivəsində “Global Startup Showcase” səhnəsinə çıxan beş Azərbaycan startapı — “Glacies Biome”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” biotex, sağlamlıq və süni intellekt sahələrində öz həllərini beynəlxalq auditoriyaya təqdim edib.
“Pionero AI” startapı isə bir neçə həftə öncə keçirilən “Shark Tank” sessiyasının qalibi qismində “Showcase” əsas səhnəsində investorlar önündə xüsusi təqdimat imkanı qazanıb və mayın 20-də çıxış edib. Tədbir Azərbaycan startaplarının qlobal platformalarda tanınmasını təmin etməklə yanaşı, onların Silikon Vadisi ekosisteminə inteqrasiyası, eləcə də beynəlxalq investisiya və korporativ tərəfdaşlıq üçün imkanlar yaradıb.
Oxşar xəbərlər
Azərbaycan startapları "Silicon Valley May Summit 2026" tədbirində "Global Startup Showcase" səhnəsinə çıxıb
İRİA və "Plug and Play" startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir
İRİA ilin yekunlarına həsr olunan tədbir keçirib
RİNN-in dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib
İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
