IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçiriləcək
"Azercell Telekom" MMC ölkənin kibertəhlükəsizlik sahəsində ən mühüm tədbirlərindən biri hesab olunan IV Milli Kibertəhlükəsizlik Forumunun əsas dəstəkçiləri sırasında yer alır.
İyunun 4-də keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir araya gətirərək rəqəmsal təhlükəsizlik sahəsində aktual çağırışların və innovativ həllərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.
Forum çərçivəsində "Azercell" xüsusi stendlə təmsil olunacaq. Şirkət stendində korporativ müştərilər üçün nəzərdə tutulan kibertəhlükəsizlik həllərini, informasiya təhlükəsizliyinin idarə olunması istiqamətində tətbiq etdiyi qabaqcıl yanaşmaları, eləcə də süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını təqdim edəcək.
Tədbir çərçivəsində "Azercell"in Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli "Kibertəhlükəsizlik 2.0: Süni intellekt erasında ekosistemin transformasiyası" mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsinə gətirdiyi real nəticələr, tətbiq edilən yeni müdafiə mexanizmlərinin effektivliyi və rəqəmsal təhlükəsizliyin gələcəyini formalaşdıran əsas uğurlu tendensiyalar təqdim olunacaq.
Qeyd edək ki, "Azercell" kibertəhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun şəkildə inkişaf etdirir. Şirkət daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin operativ aşkarlanması və risklərin qiymətləndirilməsi imkanlarını daha da təkmilləşdirib. Real vaxt rejimində monitorinq və qabaqlayıcı təhlükə aşkarlama mexanizmləri isə potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində keçiriləcək müzakirələrin ölkədə rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumunda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
“Azercell”in rəqəmsal ekosistemin gücləndirilməsinə töhfəsi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
