“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi üçün qeydiyyat davam edir - VİDEO
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilir.
Nazirlikdən APa-ya verilən xəbərə görə, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır. Qeydiyyat martın 19-dək davam edəcək.
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.
İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.
Oxşar xəbərlər
QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal layihələrlə zəngin UNEC İnnovasiya Həftəsi uğurla başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











