Mikayıl Cabbarov: “Azərbaycan EBRD ilə əlaqələrin inkişafına böyük önəm verir”
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əlaqələrin inkişafına böyük önəm verir.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, EBRD-nin İllik Toplantısı çərçivəsində keçirilən görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür edilib.
M. Cabbarov bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb: “Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) () İllik Toplantısı çərçivəsində keçirdiyimiz görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə () ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün…
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
Azərbaycan ilə EBRD arasında “yaşıl enerji” barədə müzakirələr aparılıb
Azərbaycan və EBRD nəqliyyat layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
Azərbaycan-EBRD tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













