İnvestisiya fondlarına dair qanunvericilik yenidən işlənəcək
İnvestisiya fondlarına dair qanunvericilik yenidən işlənəcək.
Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bundan əlavə, 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində kapital bazarları atılacaq növbəti addımlar sırasına Məlumatların açıqlanması standartlarına yenidən baxılması, Şəffaflıq və investorlara bərabər yanaşmanın təşviq edilməsi, Bazar iştirakçıları üçün yüksək keyfiyyətli və dolğun məlumatların mövcudluğunun təmin edilməsi və istiqraz və səhm ticarətinin təkrar bazarda təşviq edilməsi daxildir.
Qeyd edilib ki, ümumilikdə strategiya üzrə kapital bazarları ilə bağlı ötən il işlərin 69,4%-i icra edilib. Burada Kredit reytinqi agentlikləri haqqında Qanun layihəsinin hazırlanması və vençur kapital, kraudfandinq platformaları və oxşar vasitələrlə maliyyələşmə imkanlarının təmin edilməsi üçün qanunvericilik çərçivəsinin yaradılması gecikən fəaliyyət istiqamətləridir.
Oxşar xəbərlər
AMB "Kapital bazarları" haqqında qanunvericilik paketi hazırlayır
Mərkəzi Bank sığorta sektoru üzrə atılacaq addımları açıqlayıb
AMB qarşıdakı dövrdə bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb
AMB bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb
AMB: 2025-ci ilin sonuna "Kapital bazarları" haqqında qanun layihəsi hökumətə təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













