Mərkəzi Bank sığorta sektoru üzrə atılacaq addımları açıqlayıb
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank sığorta sektoru üzrə atılacaq addımları açıqlayıb


Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində sığorta sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir ki, 2024-cü il üzrə sığorta sektoru ilə bağlı işlərin 86.2%-i icra edilib.

Qeyd edilib ki, gecikən fəaliyyət istiqamətlərinə, bank-sığorta tərəfdaşlığı ("Bancassurance") məhsulları üzrə təkliflərin hazırlanması, müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi üzrə qaydaların yenilənməsi, Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi daxildir.

Bununla yanaşı, sektor üzrə atılmalı olan növbəti addımlara: “Könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviq edilməsi üzrə təkliflərin hazırlanması, sərnişinlərin fərdi qəza sığortası (SFQS) məhsulunun yenidən dizayn edilməsi, sığorta agenti institutunun inkişaf etdirilməsi istiqamətində yeni konsepsiyanın hazırlanması, könüllü sığorta sinifləri üzrə şərtlərin müəyyənləşdirilməsi, daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması, “Sığortaçılarda korporativ idarəetmə Standartları”nın tətbiqi və monitorinqi istiqamətində fəaliyyətin aparılması daxildir”.

Oxşar xəbərlər

AMB qarşıdakı dövrdə bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb
Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Vüsal Qurbanov: 2024-cü ildə sığorta bazarının həcmi 1,4 mlrd. manata yaxınlaşıb
ASA sədri: Ötən il sığorta bazarının həcmi 1,3 mlrd. manatı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər