ASA sədri: Ötən il sığorta bazarının həcmi 1,3 mlrd. manatı ötüb
“2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhənmiyyətini göstərir”.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.
O bildirib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir.
“Biz sığorta sektoru olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək. Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. Ümumilikdə bütün gördüyümüz işlər elə məhz müştəri məmnuniyyətini artırılmasına və vətəndaşlara əlverişli imkanlar yaratmağa xidmət edir. Bunlar arasında təkmilləşdirilmiş mobil tətbiqlərin və yenilənmiş vebsaytların təqdim olunmasını, süni intellektin istifadəsi ilə xidmətlərin əlçatanlığının artırılmasını qeyd etmək olar” - Ü. Cabbarova əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüsal Qurbanov: 2024-cü ildə sığorta bazarının həcmi 1,4 mlrd. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












