Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
Bu barədə "Sizinxeber.az-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
""Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq", - deyə AMB-dən əlavə edilib.
Oxşar xəbərlər
“Bakı Sığorta”nın lisenziyası ləğv edilib
Azərbaycanda sığorta şirkətinin lisenziyası məhdudlaşdırılıb
“Bakı Sığorta” ləğv edilir
Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
