Vüsal Qurbanov: 2024-cü ildə sığorta bazarının həcmi 1,4 mlrd. manata yaxınlaşıb
2024-cü ildə sığorta bazarının həcmi 1,4 mlrd. manata yaxınlaşıb.
Bunu "APA-Economics"ə müsahibəsində Mərkəzi Bankın sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
O bildirib ki, 2024-cü ildə sığorta sektoru üzrə ümumi sığorta haqları 1 mlrd. 353 mln. manat, sığorta ödənişləri isə 753 mln. manat təşkil edib. Sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11%, sığorta ödənişləri isə 28% artıb. Sığorta haqlarının 75%-i könüllü, 25%-i isə icbari sığorta növlərinin payına düşür. Eyni zamanda, sığorta haqlarının 54%-ni həyat, 46%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib.
"Mərkəzi Bank tərəfindən atılan addımların və görülən işlərin sığorta bazarının inkişaf etdirilməsinə xidmət etdiyini nəzərə alaraq qeyd olunan göstəricilərin növbəti ildə də müsbət dinamika ilə inkişaf edəcəyini söyləmək mümkündür" - Vüsal Qurbanov əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












