Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7 % artırıb
Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766,7 milyon ABŞ dolları təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, bunun 85,1 %-i və yaxud 62 milyard 740,2 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,9 %-i və yaxud 11 milyard 26,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 775,8 milyon ABŞ dolları və yaxud 3,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 2 milyard 708,8 milyon ABŞ dolları və yaxud 4,5 %, AMB-nin valyuta ehtiyatlarında isə 67 milyon ABŞ dolları və yaxud 0,6 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 milyard 739,5 milyon ABŞ dolları və yaxud 6,9 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 5 milyard 367,4 milyon ABŞ dolları və yaxud 9,4 % artım, AMB-nin valyuta ehtiyatları isə 627,9 milyon ABŞ dolları və yaxud 5,4 % azalma nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.04.2025 | 62 740,2 | 11 026,5 | 73 766,7 |
| 01.01.2025 | 60 031,4 | 10 959,5 | 70 990,9 |
| 01.10.2024 | 61 697,6 | 11 795,8 | 73 493,4 |
| 01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
| 01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
Oxşar xəbərlər
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 %-dən çox azalıb
ARDNF valyuta satışını 2 dəfədən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












